<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>537</hymn_number>
<title>Tanrım, sevdim Səni mən bütün varlığımla İL537</title>
<lyrics>[V1]
 Tanrım, sevdim Səni mən bütün varlığımla,
 Əbədi verdim Sənə külli - ixtiyarımı.
 «Övladım» deyib mənə layiq etdin Özünə,
 Xeyir - dua ver mənə, mən layiq olum Sənə.

[C1]
   Təzələ məni, Rəbbim, Sən təzələ ruhumu,
   Təzələ ürəyimi, qəlbimi, həyatımı.
   Hər günüm, hər səhərim, qoy Sənə həsr olunsun,
   Atdığım addım, Rəbbim, qoy Sənə layiq olsun.

[V2]
 Sənin həyat nəfəsin qoy dolsun daxilimə,
 Təzələnim, paklanım qarşında gündən - günə.
 Sənin hüzurunda mən Sənə layiq dayanım,
 Əqlimi, şüurumu, zehnimi Sən təzələ.

[V3]
 Götür Sən məni, Rəbbim, al Öz ixtiyarına,
 İdarə etsən məni, bilirəm ki, azmaram.
 Dilimi, dodağımı Sən al ixtiyarına,
 Bilirəm ki, heç zaman utandırmazsan məni.</lyrics>
</song>